Əsas Səhifə > Slayd > “AİLƏMİZİ AÇIQ ŞƏKİLDƏ TƏHDİD EDİR Kİ, ƏGƏR…” –
“AİLƏMİZİ AÇIQ ŞƏKİLDƏ TƏHDİD EDİR Kİ, ƏGƏR…” –17-07-2017, 17:30 |
Həyat yoldaşı həbsdə olan qadın Birinci vitse-prezidentdən kömək istəyir Məlum olduğu kimi bu il iyun ayının 8-də səhər saatlarında Binəqədi rayonundakı “Safastore” mağazasının önündə “Riyad” Mühafizə Xidmətinin əməkdaşları ilə marketin işçiləri arasında baş verən qarşıdurma ilə bağlı cinayət işi açılıb. Cinayət Məcəlləsinin 221.2.1-ci və 221.2.2-ci maddələri ilə (xuliqanlıq) başlanan cinayət işi çərşəvəsində “Riyad” Mühafizə Xidmətinin bir qrup əməkdaşı və mağazanın yerləşdiyi obyektin sahibi Azadxan Xanməmmədov polis tərəfindən saxlanılıb. İş adamı Azadxan Xanməmmədov barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib. Ancaq iş adamı hadisədən dərhal sonra verdiyi açıqlamada baş vermiş qarşıdurmada hər hansı şəkildə iştirak etmədiyini bildirib. Həmin vaxt hadisə yerində olmadığını bəyan edib. Hətta hadisənin araşdırılması üçün Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə rəsmi surətdə müraciət edib. Mövzuya yenidən qayıtmağımıza səbəb bu gün mətbuatda iş adamının xanımının- Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, ev 152 ünvannda yaşayan Fətullayeva Əsmər Şahbaz qızınınn Azərbaycan Respublikasının birinci Vitse Prezidenti Mehriman xanım Əliyevaya müraciətinin yayımlanmasıdır. Moderator.az saytı vasitəsilə yayımlanmış müraciətdə bildirilir Sizin humanistliyinizi, məsələyə düzgün və ədalətli qiymət verdiyinizi nəzərə alaraq, ailəmizin başına gətirilən faciə ilə əlaqədar son ümid yeri kimi öz və ailəmizin adından Sizə müraciət etmək məcburiyyətində qalmışam. Bildirirəm ki, bir müddət bundan əvvəl həyat yoldaşım Xanməmmədov Azadxan Allahqulu oğlu Seyidov Faiq Sadiq oğlu (“Xaliq Faiq oğlu” MMC-nin rəhbəri) və onun himayədarları tərəfindən şərlənərək əsassız yerə həbs edilmişdir. Həyat yoldaşımın şərlənməsində əsas məqsəd xüsusi mülkiyyətimizdə olan 2100 kv.m. sahənin Faiq Seyidov tərəfindən zəbt edilərək ələ keçirilməsidir. Belə ki, Faiq Seyidov mülkiyyətimizdə olan əmlaklardan 5 ildən çoxdur ki, qanunsuz olaraq istifadə edir və bunun müqabilində icarə haqqının ödənilməsindən belə boyun qaçırır. Xahişlərimizə, özünə və digər orqanlarına etdiyimiz müraciətlərimizə baxmayaraq, Faiq Seyidov himayədarlarına arxalanaraq tələblərimizə və xahişlərimizə məhəl qoymadan qanunsuz əməllərindən əl çəkmir. Və ondan şikayət etməmək üçün ailəmizi hədələyir və müxtəlif yollarla təzyiq göstərir. Hadisədən bir neçə gün öncə həyat yoldaşım Faiq Seyidov tərəfindən zəbt edilmiş 4 ədəd əmlakımızın boşaldılması barədə məhkəməyə və özünə müraciət etmişdir. Faiq Seyidov qeyd olunan məsələdən xəbər tutduqdan sonra həmin əmlakların yerləşdiyi binada təxribat törədəcəyini və ailəmizi hədələyərək həyat yoldaşımı zindanlarda çürüdəcəyini bildirmişdir. Həyat yoldaşım əmlakların onun adına olmasından, həmin əmlakların yararsız hala düşməsindən, habelə binada təxribat törədiləcəyindən ehtiyat edərək, obyektləri qorumaq məqsədilə qanunauyğun şəkildə Riyad Mühafizə Xidməti ilə yalnız obyektin mühafizə olunması məqsədilə müqavilə bağlamışdır.
Bizim işlə bağlı isə həyat yoldaşım ümumiyyətlə baş vermiş hadisənin iştirakçısı olmamış, xuliqanlıq əməlində iştirak etməmiş, sadəcə əmlakının mühafizəsi üçün qanunvericiliyin tələblərinə uyğun olaraq müqavilə bağlamışdır. Məgər xüsusi mülkiyyətində olan əmlakın mühafizəsi üçün müqavilə bağlamaq cinayətdirmi?! Bütün bunlar onları göstərir ki, həyat yoldaşım Faiq Seyidov və onun himayədarlarının sifarişi əsasında həbs edilmişdir. 1.Xuliqanlıqda iştirak etməyən şəxsin həbs edilməsi sifariş deyil, bəs nədir?! Həyat yoldaşım qanunsuz olaraq həbs edildikdən sonra Faiq Seyidov yenədə öz himayədarlarının adlarından istifadə edərək ailəmizə əmlaklarımızı ona verilməyəcəyi təqdirdə həyat yoldaşıma daha ağır maddələr ilə ittiham veriləcəyi ilə hədələyir və qanunsuz əməllərindən əl çəkmir. Belə ki, Faiq Seyidov qeyd olunan əmlaklarda qanunsuz olaraq fəaliyyət göstərir, buna həmişəki kimi dövlət orqanları göz yumur və yenədə ailəmizi hədələyərək himayədarlarının dəstəyi ilə min bir zəhmətlə qurub qazandığımız əmlaklarımızı hər növ üsulla adına keçirməyə çalışır. Faiq Seyidov açıq şəkildə ailəmizə qarşı təhdidlər edir ki, əgər qanunsuz zəbt elədiyi əmlakımızı ona verməsək həyat yoldaşımı müxtəlif maddələr ilə şərlətdirib həbsdə çürütdürəcəkdir. Onsuz da həyat yoldaşım gündəlik həyat tərzi ağır şəkildə stasionar müailəcədə keçir, ailəmizin isə həm əmlakı əlimizdən alınır, həm təqib olunuruq və təzyiqlərə məruz qalırıq, həmdəki həyat yoldaşım əsassız olaraq həbs olunur. Çox təəsüflər olsun ki, hüquq mühafizə orqanları göstərdiyim hallara diqqət yetirmək əvəzinə daha çox Faiq Seyidovun himayədarlarını eşidirlər. Onun qanunsuz əməllərini mediaya yalnış informasiya verməklə, o cümlədən ictimaiyyətdə yalnış fikir formalaşdıraraq ört-bastır etməyə çalışırlar. Müraciətdə göstərdiyimiz halları sübut etmək üçün mülkiyyətimizdə olan əmlakların DƏDRX-dən alınmış çıxarışları, Riyad Mühafizə Xidməti ilə bağlanmış müqaviləni, həyat yoldaşımın ürəyindən əməliyyat olunması barədə təsdiqiedici sənədləri nəzərinizə çatdırıram. Başqa əlacım yoxdur. Son ümüdüm yalnız Sizədir. Çoxsaylı ailənin başçısı olan həyat yoldaşımın vəziyyəti kritikdir. Xahiş edirəm bu məsələni xüsusi nəzarətinizə və diqqətinizə götürüb həyat yoldaşımın qanunsuz həbsdən azad olunmasında və qeyd olunan məsələnin ədalətli, düzgün və humanist şəkildə həll olunmasında köməkliyinizi ailəmizdən əsirgəməməyinizi Sizdən xahiş edirəm. Əvvəlcədən öz minnətdarlığımı bildirirəm. Mən Sizə çox inanıram”. Redaksiyadan: Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
Geri qayıt |