Əsas Səhifə > Slayd > Payız Azərbaycana

Payız Azərbaycana


14-08-2017, 17:20
Related image
Bu il payız fəslinin Azərbaycana nə vaxt gələcəyi açıqlanıb.  
AzerTaym.az xəbər verir ki, AMEA Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov APA-ya bildirib ki, payız fəslinin Azərbaycana gəlişi sentyabrın 23-ü, Bakı vaxtı ilə saat 00:02-də olacaq. 
Bu tarixdə yay fəsli baş çatacaq, ölkə ərazisinə payız fəsli daxil olacaq: "Qış isə ölkəmizə dekabrın 21-i, Bakı vaxtı ilə saat 20.28-də gələcək”.
Qeyd edək ki, bu il yaz fəslinin Azərbaycana gəlişi martın 20-si, Bakı vaxtı ilə saat 14:28-də, yay fəslinin gəlişi isə iyunun 21-i, Bakı vaxtilə saat 08:24-də qeydə alınıb. 

Geri qayıt