Əsas Səhifə > Slayd > «Bax, budur BMT-nin gerçək sifəti…»

«Bax, budur BMT-nin gerçək sifəti…»


4-09-2017, 13:15

Image result for - Ramzan Kadırov

Mən, artıq ikinci dəfə Myanma hakimiyyətinin (Birma – red.) qanlı fəaliyyəti mövzusuna müraciət etmək zorundayam. İnsan simasını itirmiş qaniçən ordu hissələri rohincə xalqını məhv edir. Hakimiyyət tərəfindən sanksiyalaşdırılmış cəza əməliyyatları və talanlar xüsusi qəddarlığı ilə seçilir.

Bütün dünya «şok»dadır, təkcə dünya hökmranlarından savayı. Yüzlərlə, minlərlə lüt qadın, qoca və uşaq meyitləri, dəhşətdən ağlını itirmiş qaçqınlar… Bunlar hələ qatillərin özləri tərəfindən yayılan fotoşəkillərdir…

Jurnalistlər və hüquq müdafiəçiləri müsəlman rohincələrdən «təmizlənən» Rakhayn ştatına buraxılmır. 90,0 faizi büdpərəst olan 50 milyonluq ölkənin hərb maşını müsəlman rohincələrin üstünə yeridilib.

Myanmadakı hadisələrə siyasətçilərin və dünya liderlərinin reaksiyası müasir dünya düzəninin tam mənəviyyatsız olduğundan xəbər verir. Dövlət başçıları və xarici işlər nazirləri ağızlarına su alıblar. Birləşmiş Millətlər Təşkilatı (BMT) özünün «narahatlığı» barədə köməksiz bəyanatları ilə kifayətlənir.

Paris jurnalının redaksiyasında məlum hadisə baş verən zaman manifestasiyada iştirak etmək üçün buraya krallar, prezidentlər, baş nazirlər və nazirlər axışdı. Myanmada isə ordu və quldurlar insanları zorlayır, onlara işgəncə verir və minlərlə rohincəni qətlə yetirir – yalnız ona görə ki, onlar müsəlman rohincələrdir! Amma Parisdə yürüş etmiş dövlət (siyasət) «xadim»ləri heç nə görmürlər.

Mən soruşmaq istəyirəm – siz, Myanmadakı kütləvi qırğına göz yumduğunuz halda, arvandlarınızın, uşaqlarınızın gözlərinə necə baxırsınız?

Sentyabrın 12-də Nyu-Yorkda BMT Baş Məclisinin 72-ci sesiyası öz işinə başlayacaq. Onun işində demək olar dünyanın 200 ölkəsinin prezidentləri, kralları, baş nazirləri və nazirləri iştirak edəcəklər.

Sesiyanın astanasında tədbirin gündəliyinə 171 məsələ daxil edilib. Ancaq bu sənəddə Rakhayn hadisələri barədə bircə kəlmə də yer almayıb. Bax, budur, artıq kənd camaatının payız və qış gecələri toplaşdığı və insanların qeybət yerinə çevrilmiş, kiçik bir topa ölkənin maraqları daxilində olmayan bircə problemi də həll edə bilməyən BMT-nin gerçək sifəti!

Ona görə də hamıya məsləhət görürəm ki, BMT-yə və Myanma səfirliyinə qısa etiraz məlumatı göndərsin.
Bunun üçün aşağıdakı heşteqlərdən istifadə edin:
#SaveRohingya #SpasiteRoxinya#

Ramzan Kadırov
Tərcümə «AzPolitika.info»-nundur

 


Geri qayıt