Əsas Səhifə > Slayd > Mətbuat Şurasında QALMAQAL – İkram Rəhimovla
Mətbuat Şurasında QALMAQAL – İkram Rəhimovla10-09-2017, 11:13 |
BakuNews.Az saytına ŞOK məlumat daxil olub. Məlumatda bildirilir ki, 08.09.2017-ci il tarixində Mətbuat Şurasında Şikayətlərlə Bağlı Komissiyanın iclasında “İki Sahil” qəzetinin baş redaktoru Mətbuat Şurasının idarə heyətinin üzvü Vüqar Rəhimzadə ilə Realliq.info saytının baş redaktoru İkram Rəhimov arasında qalmaqal yaşanıb. Buna səbəb V.Rəhimzadənin “SOCAR”ın “Kompleks Qazma İşləri Tresti”nin rəisi İsgəndər Şirəlini və onun qardaşı Neftçala rayon Elektrik Şəbəkənin rəisi Vurğun Şirəliyevin hüquqların qoruması olub. Aldığımız məlumatda bildirilir ki, V.Rəhimzadə hər iki məmurun onun dostu olduğunu və Realliq.info saytında onlar haqqında tənqidi materialların çıxarılmasını tələb etdiyi üçün, saytın baş redaktoru İ.Rəhimov etiraz etmiş və Rəhimzadəni Mətbuat Şurasında məmurların hüquqlarını mudafiəçisi kimi ittiham etmişdir. İ.Rəhimov, V.Rəhimzadəyə bildirib ki, MŞ-ni öz maraqlarının obyektinə çerirmək qəbul edilməzdir. Mətbuat Şurasından etibar etdiyimiz mənbə qeyd edilən faktları təsdiq etdi. Və onuda əlavə etdi ki, V.Rəhimzadənin yaxın qohumunun Trestdə işləməsi yaranmış münaqişənin əsas səbəbidir.
Geri qayıt |