Əsas Səhifə > Slayd > Çingiz Qənizadə generalın
Çingiz Qənizadə generalın25-10-2017, 15:34 |
Deputat Çingiz Qənizadə mətbuatın iki məhbusun qaçmasında günahkar sayılan qarovul rəisi Ceyhun Səmədovun Penitensiar Xidmətin rəis müavini Hüseyn Əlixanovun bacısı oğlu olmasını qabartmasına və bu hadisənin generalın karyerasını bitirəcəyi barədə yazılanlara münasibət bildirib. Deputat Modern.az-a deyib ki, Hüseyn Əlixanovu 1990-cı illərin əvvəllərindən tanıyır. “Vaxtilə biz birlikdə prokurorluq orqanlarında işləmişik. Hüseyn Əlixanov məhz mənim təkidimlə Bakı şəhər prokurorunun birinci müavini olub. O, mənim Azərbaycanda tanıdığım ən ləyaqətli, təmənnasız və savadlı hüquqşünaslardan biridir. Hüseyn Əlixanov vaxtilə uzun müddət prokurorluq orqanlarında işləyib, Bakı şəhər prokuroru vəzifəsini bir müddət əvəz edib, dövlət çevrilişi ilə bağlı cəhdlərdə istintaq qrupunun rəhbərliyi ona tapşırılıb. Həmçinin, ən ağır cinayət işlərinin açılması ilə bağlı məsələlər ona tapşırılıb. O, ədliyyə orqanlarına keçən zaman fikirləşdim ki, Azərbaycan prokurorluğu ən yaxşı istintaqçısını itirdi.
Geri qayıt |