Əsas Səhifə > Slayd > Rövnəq Abdullayevin 42 mərtəbəli binası - FOTO
Rövnəq Abdullayevin 42 mərtəbəli binası - FOTO11-12-2014, 13:25 |
![]() 2010-cu ilin oktyabr ayında prezident İlham Əliyevin təməlini qoyduğu Dövlət Neft Şirkətinin yeni inzibati binası artıq tamamlanmaq üzrədir. Bu barədə AzVision.az-a binanın tikintisi ilə məşğul olan Türkiyənin “TEKFEN İnşaat və Təchizat" şirkətindən məlumat verilib. Bildirilib ki, SOCAR Tower adlanan bina 2015-ci ilin fevralında istifadəyə hazır olacaq və dünyanın ən güclü binalardan biri sayılır. Qeyd edək ki, 200 metr hündürlüyündə olacaq binanın 40 mərtəbəsi yerüstü, 2 mərtəbəsi isə yeraltı olmaqla, ümumilikdə 5 hektar sahəni əhatə edəcək. Burada 5 konfrans zalı, fitnes mərkəzi, eyni vaxtda 1243 nəfərin istifadə edə biləcəyi bir neçə yeməkxana fəaliyyət göstərəcək. Geri qayıt |