Əsas Səhifə > Slayd > Ərdoğan Putinlə görüşdə hansı mövzuları müzakirə edəcək? -
Ərdoğan Putinlə görüşdə hansı mövzuları müzakirə edəcək? -10-11-2017, 16:14 |
Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan noyabrın 13-də Soçidə görüşəcəklər.
Kremlin mətbuat xidməti iki liderin terrorçuluğa qarşı mübarizə və Suriyadakı vəziyyəti müzakirə edəcəkləri barədə məlumat yayıb.
"Noyabrın 13-də Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Soçiyə işgüzar səfərə gələcək. Regional və beynəlxalq problemlər, o cümlədən Suriya münaqişəsinin nizamlanması və terrorçuluğa qarşı birgə mübarizə barədə fikir mübadiləsi aparılacaq", - deyə Kremlin mətbuat xidmətindən bildirilib.
O da qeyd olunub ki, prezidentlər ikitərəfli əməkdaşlıq, iqtisadi-ticarət əlaqələrinin möhkəmləndirilməsi, enerji sahəsində əməkdaşlıq məsələlərini də müzakirə edəcəklər.
Geri qayıt |