Əsas Səhifə > Slayd > RUSİYA hərbi
RUSİYA hərbi23-12-2017, 11:04 |
Rusiyanın müdafiə naziri Sergey Şoyqu 2018-ci il üçün idarənin büdcəsini açıqlayıb. Modern.az Xarici mediaya istinadən xəbər verir ki, gələn il üçün hərbi xərclərə ÜDM-in 2,8 faizi və ya 46 milyard dollar ayrılacaq. Nazir əlavə edib ki, Rusiya ordusu müasir və döyüş qabiliyyətlidir. Müqayisə üçün qeyd edək ki, ABŞ-ın 2018-ci il üçün müdafiə büdcəsi təqribən 700 milyard dollar məbləğində nəzərdə tutulub.
Geri qayıt |