Əsas Səhifə > Slayd, Cəmiyyət > Mikayıl Cabbarov məktəblərə "fond pulu" qadağası qoydu

Mikayıl Cabbarov məktəblərə "fond pulu" qadağası qoydu


13-12-2013, 11:39
Məktəb direktorlarına təsərrüfat məqsədləri üçün avans şəklində müvafiq aylıq vəsaitlərin ödənilməsinə başlanılıb
Mikayıl Cabbarov məktəblərə "fond pulu" qadağası qoydu
Məktəblərə “Təsərrüfat məqsədləri üçün plastik kartlar”ın verilməsinə başlanılıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Azertaym.az-a verilən məlumata görə, Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil məktəblərinin direktorlarına təsərrüfat məqsədləri üçün 2013 – cü ilin dekabr ayından etibarən avans şəklində müvafiq aylıq vəsaitlərin ödənilməsinə başlanılıb.

Aylıq avans məbləğlərinin həcmi şagirdlərinin sayı 1000 nəfərədək olan məktəblərdə 400, şagirdlərinin sayı 1000 – 1300 nəfər olan məktəblərdə 500, şagirdlərinin sayı 1300 nəfərdən çox olan məktəblərdə 600 manat müəyyən edilib. Aylıq vəsaitlər direktorlar tərəfindən məktəblərin təcili həlli tələb olunan mal, iş və xidmətlərin alınmasına sərf ediləcək və bu barədə hər ay Bakı Şəhəri üzrə Təhsil İdarəsinə hesabat veriləcəkdir.

Qeyd edək ki, ödəniş Təhsil Nazirliyinin “Təsərrüfat məqsədləri üçün plastik kartların tətbiqi barədə” müvafiq əmrinə əsasən məktəb direktorlarının bu məqsəd üçün açılmış plastik kart hesablarına köçürüləcəkdir.

Geri qayıt