Əsas Səhifə > Slayd > Partiya sədri Aslan İsmayılovu tutdurur -
Partiya sədri Aslan İsmayılovu tutdurur -1-02-2018, 16:42 |
Bu gün Səbayel rayon Məhkəməsində "Müasir Müsavat” partiyasının sədri Hafiz Hacıyevin vəkil Aslan İsmayılova qarşı iddiası üzrə məhkəmə iclası keçirilib. APA-nın məlumatına görə, iclasda iddia ərizəsinin icraata qəbul olunması barədə qərar qəbul edilib.
Məhkəmənin baxış iclası fevralın 7-nə təyin edilib.
Qeyd edək ki, H. Hacıyev A. İsmayılovun onu təhqir etdiyini iddia edərək məhkəməyə müraciət edib. O, A. İsmayılovun Cinayət Məcəlləsinin 147 (Böhtan) və 148-ci (Təhqir) maddələri ilə xüsusi ittiham qaydasında cəzalandırılmasını istəyir.
Geri qayıt |