Əsas Səhifə > Slayd > “QİDA Təhlükəsizliyi Agentliyi belə

“QİDA Təhlükəsizliyi Agentliyi belə


9-02-2018, 16:13

Hər bir normal insan sağlamlığını düşünməlidir.

Yeyinti məhsullarının süfrələrə gətirilməsi məsələsi həmişə nəzarətdə olmalıdır. 

Bunu Milli Məclisin Aqrar siyasət komitəsi sədrinin müavini Eldar Quliyev deyib. 
Deputat bildirib ki, dəfələrlə şahidi olmuşuq ki, piştaxtalar arxasında keyfiyyəti bilinməyən məhsullar satılır. 
Biz belə hallar barədə məlumatları daha çox mətbuatda görmüşük. Bu məhsulların keyfiyyəti, haradan gətirilməsi bilinmir. Cənab prezidentin sərəncamı ilə Azərbaycanda Qida Təhlükəsizliyi Agentliyi yaradılıb. Bu qurumun yaradılması çox vacib oldu. Hesab edirəm ki, Qida Təhlükəsizliyi Agentliyi belə halların qarşısını alacaq. Bu sahədə olan nöqsanları aradan qaldıracaq

AzerTaym.az

 


Geri qayıt