Əsas Səhifə > Slayd > SEÇKİLƏRƏ MÜDAXİLƏYƏ görə ARAZ və EMİN Ağalarovlar
SEÇKİLƏRƏ MÜDAXİLƏYƏ görə ARAZ və EMİN Ağalarovlar22-04-2018, 21:21 |
ABŞ-da Demokratlar partiyasının Milli komitəsi 2016-cı ildə keçirilmiş przident seçkilərinə müdaxiləyə görə Rusiya hökumətini, Baş Kəşfiyyat İdarəsini (QRU), WikiLeaks saytının qurucusu Culian Assancı, Donald Trampın seçki qərargahını, habelə azərbaycanlı oliqarx Araz Ağalarovu və oğlu Emin Ağalarovu məhkəməyə verib. BiG.Az virtualaz.org-a istinadən xəbər verir ki, demokratların Milli komitəsi cavabdehlərdən milyonlarla dollarlıq təzminat tələb edir. Nyu-Yorkun Manhetten Federal dairə məhkəməsinə təqdim edilmiş iddia ərizəsində göstərilir ki, Trampın seçki qərargahının rəhbərliyi Rusiya hakimiyyəti və hərbi kəşfiyyatı ilə sövdələşməyə girərək demokratların prezidentliyə namizədi Hillari Klintona qarşı gözdənsalma kampaniyası başladıb. Habelə Demokratlar partiyasının kompüter şəbəkəsinə kibermüdaxilə həyata keçirərək seçki kampaniyasının gedişini Trampın xeyrinə dəyişdirib.
"Bu, misli görünməmiş satqınlıq aktı idi: Birləşmiş Ştatlar prezidentliyinə namizədin seçki qərargahı prezident seçkilərində şansını artırmaq üçün düşmən xarici ölkə ilə əlbir olub"-o əlavə edib. Lakin xarici dövləti məhkəməyə vermək demokratlar üçün hüquqi problemlər yarada bilər. Çünki digər ölkələr ABŞ-da məhkəmə çəkişmələrindən immunitetə malikdir. İddia ərizəsində isə göstərilir ki, Rusiya belə immunitetə malik ola bilməz, çünki kompüter şəbəkəsinə müdaxilə partiyanın özəl mülkiyyətinə qəsddir. Habelə Rusiya bu kibermüdaxilə ilə onların məxfi məlumatlarını ələ keçirib ki, nəticədə casusluq əməli baş verib.
İddiada göstərilir ki, QRU demokratların seçki qərargahının kompüterlərinə müdaxilə edərək ələ keçirdiyi sənədləri Culian Assanca ötürüb. Trampın ətrafı bu qəsd planında iştirak edib, Rusiya nümayəndələri ilə əlbir olublar və haker müdaxiləsinə açıq dəstək veriblər, Trampın seçki qərargahı isə qanunsuz fəaliyyətə imkan yaradan mütəşəkkil cinayətkar dəstə kimi fəaliyyət göstərib.
Ağalarovların vəkili Skot Balber isə bu iddianı "yüngül" və "reklam tryuku" adlandırıb. Balber deyib ki, onun müştərilərinin demokratların kompüter şəbəkəsinə müdaxilə ilə hər hansı əlaqəsi olmayıb, o cümlədən onların ABŞ seçkilərinə müdaxilədə hər hansı rolu yoxdur.
Geri qayıt |