Əsas Səhifə > Slayd > BAŞ NAZİR MÜAVİNLƏRİNİN VƏZİFƏ BÖLGÜSÜ
BAŞ NAZİR MÜAVİNLƏRİNİN VƏZİFƏ BÖLGÜSÜ26-04-2018, 13:58 |
Prezident İlham Əliyev aprelin 21-də və 23-də Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərəncam imzalayıb. Sərəncamlara əsasən, yeni Baş nazir təyinatı həyata keçirilib, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri təsdiqlənib. Yeri gəlmişkən, hökumətin əvvəlki tərkibində Baş nazirin 6 müavini vardı: birinci müavin Yaqub Eyyubov, müavinlər Əli Əhmədov, Əli Həsənov, İsmət Abasov, Abid Şərifov, Elçin Əfəndiyev. Maraqlıdır, baş nazirin müavinləri arasında hansı sahələrə nəzarət necə bölüşdürülüb? Məsələn, Bakının keçmiş meri Hacıbala Abutalıbovun bundan sonra baş nazirin müavini kimi hansı sahəyə rəhbərlik edəcəyi dəqiq bilinmir. Bəs baş nazirin müavinlərinin vəzifə bölgüsü daxili nizamnamədə necə aparılır? Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli Modern.az-a açıqlamasında bu məsələdən danışıb. Tahir Kərimlinin sözlərinə görə, Nazirlər Kabinetində bununla bağlı rəsmi bölgü yoxdur. Bəs Hacıbala Abutalıbov? Milli Məclisin üzvü Bakının sabiq meri haqqında da danışıb: Əli Əhmədov ən çox sosial sferanı kurasiya edir. Nazirlər Kabinetində bölgü bu formada olur. Bakı Şəhərinin sabiq meri Hacıbala Abutalıbova gəlincə, o, güman ki, Abid Şərifovun missiyasını həyata keçiriəcək, fövqəladə hallara, tikinti işlərinə baxacaq”. Onda Elçin Əfəndiyevlə İsmət Abasovun kurasiyasındakı sahələr necə olacaq? Tahir Kərimlinin fikrincə, həmin sahələr Əli Əhmədovla Əli Həsənov arasında bölüşdürülə bilər. Tahir Kərimli baş nazirin müavinlərinin ixtisara düşdüyünü də söyləyib: “Məndə belə bir məlumat da var. Ola bilsin ki, baş nazirin 6 deyil, elə 4 müavini qalsın. Düşünürəm ki, bu, ixtisardır. Çünki bu məsələni biz də bir neçə dəfə qaldırmışıq. Hər halda, prosesləri izləməliyik”. Geri qayıt |