Əsas Səhifə > Slayd > TEHRANA zərbələr endiriləcək və... –
TEHRANA zərbələr endiriləcək və... –26-04-2018, 16:25 |
İsrailin müdafiə naziri Aviqdor Liberman Vaşinqtonda yüksək vəzifəli amerikalı səlahiyyətlilərlə görüş öncəsi İranı müharibə ilə hədələyib. AzerTaym.az xarici KİV-ə istinadən xəbər verir ki, nazir İranın hər hansı təhdidinə laqeyd qalmayacaqlarını və lazım gələrsə, Tehranı vuracaqlarını bildirib. “İran Tel-Əvivə hücum edərsə, İsrail Tehranı vuracaq və Suriyada İsraili təhdid edən İranın hərbi birliklərini məhv edəcək”, - o vurğulayıb. İsrailin hər hansı müharibə ilə maraqlanmadığını ifadə edən Liberman, ancaq Suriyadakı İranın varlığına maneə olmaq üçün əvəz ödəməyə hazır olduqlarını söyləyib. Geri qayıt |