Əsas Səhifə > Slayd > YENİ NAZİRLƏRƏ tapşırıq verildi - Köhnələrdən şikayətləri
YENİ NAZİRLƏRƏ tapşırıq verildi - Köhnələrdən şikayətləri28-04-2018, 11:46 |
Nazirlər Kabinetinin yeni tərkibinə daxil olan mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin may ayında şəhər və rayonlarda vətəndaşları qəbul günləri açıqlanıb. Nazirlər Kabineti bəyan edib ki, vətəndaşların qaldırdıqları məsələlər qəbulu keçirən mərkəzi icra hakimiyyəti orqanının səlahiyyətlərinə aid olmalıdır. Sahil Babayev əmək və əhalinin sosial müdafiəsi naziri kimi ilk qəbulunu Mingəçevirdə keçirəcək. S.Babayev mayın 18-də Mingəçevir, Naftalan, Yevlax, Ağdaş, Goranboydan olan şikayətçiləri dinləyəcək. Kənd təsərrüfatı naziri İnam Kərimovun qəbulu da mayın 18-də Yevlaxda olacaq. Yeni nazir Yevlax, Goranboy, Göygöl, Daşkəsən, Samux sakinlərini narahat edən məsələləri araşdıracaq. Təhsil naziri Ceyhun Bayramov Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz sakinləri üçün 21 may tarixində Xızıda qəbul keçirəcək. Geri qayıt |