Əsas Səhifə > Slayd > AZƏRBAYCAN ORDUSU NAXÇIVAN İSTİQAMƏTİNDƏ İRƏLİLƏDİ
AZƏRBAYCAN ORDUSU NAXÇIVAN İSTİQAMƏTİNDƏ İRƏLİLƏDİ26-05-2018, 16:18 |
“Hətta Artak Davtyanın bundan əvvəl 5-ci ordu korpusunun komandanı təyin edilməsi ən azından Azərbaycan və Ermənistan sərhədinin Naxçıvan istiqamətində son günlər baş verənlərə görə təəcüb, anlaşılmamazlıq doğurur (5-ci korpus Ermənistanın Naxçıvanla sərhəd istiqamətinə cavabdehdir-red.). Neytral sahədə azərbaycanlılar öz mövqelərini irəli çəkməyə və böyük əraziləri nəzarət altına almağa nail olub”-Edik Bağdasaryan bildirib. Bağdasaryan onu da deyib ki, əslində Baş qərargah rəis postuna ən layiqli namizəd general Onnik Qasparyan idi . Qasparyan hazırda Baş qərargah rəisinin müavini vəzifəsini tutur. Jurnalistin bildirdiyinə görə Paşinyan əslində həmin vəzifəyə Qasparyanı təyin etmək istəyib. Amma general razılaşmayıb. Xatırladaq ki, general Davtyanın Baş qərargah rəisi vəzifəsinə layiq olmadığını bundan əvvəl general-leytenant Artur Aqanbekyan da açıqlamışdı. Bildirmişdi ki, Davtyanı uzun illərdir tanıyır və Baş qərargah rəisi kimi məsul vəzifəyə ən hazırlıqsız generalın təyin edilməsindən ciddi narahatdır. Azərbaycan ordusunun Naxçıvan istiqamətində mövqelərini irəli çəkərək strateji əhəmiyyətli yüksəkliklərdə möhkəmlənməsi barədə xəbərlər “Vkontakte” sosial şəbəkəsində azərbaycanlı hərbçilərin qrupunda da yayılıb və müzakirə olunub.Həmin xəbərlərdə deyilir ki, ordumuzun əsgəri, Ağstafa rayonundan olan Əli Tatarov da məhz bu əməliyyat zamanı igidliklə şəhid olub. Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun xüsusi təyinatlıları şəhidimizin qisasını alıb. Azərbaycan ordusunun irələməsinə görə Ermənistanın yeni müdafiə naziri David Tonoyan və xarici işlər naziri Zöhrab Mnatsakanyan da sərhədin Naxçıvan istiqamətinə baş çəkib şəxsən müşahidə aparıblar. Rəsmi dövlət xəbər agentliyi AzərTAC-da mayın 24-də yerləşdirilmiş xəbərdə də ordumuzun Naxçıvan istiqamətində “planlı mühəndis-istehkam işləri apardığı” barədə bəhs olunur. Məlumatda deyilirdi ki, təsdiq olunmuş plana uyğun olaraq Əlahiddə Ümumqoşun Ordunun mühəndis-istehkam hissə və bölmələri qış mövsümündən sonra müdafiə zolağında fortifikasiya qurğularının təkmilləşdirilməsi məqsədilə mühəndis işlərinin aparılmasına başlayıb. Daimi dislokasiya məntəqələri ilə mövqelər arasında təminat yollarının, səngərlərin, sığınacaqların, müşahidə məntəqələrinin təkmilləşdirilməsi, qış mövsümündən sonra istifadəyə yararsız daşıma və təxliyə yollarında təmir-bərpa işlərinin aparılması, müdafiənin ara boşluqlarının möhkəmləndirilməsi məqsədilə əlavə mühəndis təminatı tapşırıqları yerinə yetirilib. Bütün növ təminatların təmin edilməsinin asanlaşdırılması məqsədilə yüksək dağlıq şəraitində yerləşən mövqelərə Əlahiddə Ümumqoşun Ordunun mühəndis-istehkam hissə və bölmələri tərəfindən yeni təminat yollarının çəkilməsi üzrə işlər hazırda davam etdirilir.
Virtualaz.org ordumuzun Naxçıvan istiqamətində irəliləməsi barədə Müdafiə Nazirliyindən şərh almağa çalışır. Geri qayıt |