Əsas Səhifə > Slayd > JURNALİST-ilahiyyatçı deputatı
JURNALİST-ilahiyyatçı deputatı6-06-2018, 16:44 |
Araşdırmaçı-jurnalist, ilahiyyatçı Rəsul Mirhəşimli deputat Fazil Mustafanı məhkəməyə verir. Modern.az-ın məlumatına görə, bu barədə R.Mirhəşimlinin özü bildirib. Jurnalistin sözlərinə görə, o, Fazil Mustafanın dinlə bağlı fikirlərini tənqidi yöndə şərh edəndən sonra deputat tərəfindən təhqir olunub və böhtana məruz qalıb: Vətən sevdalısı olmağı, Türk ruhuma bağlılığımı, dini inancımı bütün dəyərlərdən ucada bildim. Dini baxışlarıma gəldikdə isə demək istəyirəm ki, özümü heç zaman hansısa məzhəbə bağlı şəkildə təqdim etmədim. “Allah sizi müsəlman olaraq tanıtmaq istəyir” ayəsinin hikmətinə sığındım. Ətrafımda, dostlarım arasında sələfi, hənəfi, şafii, cəfəri məzhəbindən insanlar hər zaman olub, indi də var. Bizi bir dəyər birləşdirib dini əqidəmizdə və düşüncəmizdə. Biz Allah Rəsulunun (s) olmadığı dinin təbliğatçısı deyilik”. R.Mirhəşimli vaxtilə F.Mustafanı müdafiə etdiyini də xatırladıb: “Uzun müddət qərar verə bilmədiyim bir məsələyə də toxunmaq istəyirəm. Fazil Mustafa Türkiyədən Azərbaycana döndükdən sonra 1998-ci ildə həbs olunmuşdu. O zaman jurnalistlər arasında Fazil Mustafanın həbsdə olduğunu diqqətdə saxlayan bir mətbuat nümayəndəsi kimi bu məsələni 20 il ərzində bir dəfə də olsun özünə demədim. Düşündüm ki, bu milli-azadlıq hərəkatının iştirakçısı, eyni partiyada təmsil olunduğumuz bir siyasətçi qarşısında mənəvi borcum olub. Edilən yaxşılığı xatırlamaq onun savabını azaldır, bilirəm. Lakin bir məsələni vurğulamaq niyyətindəyəm bu gün. O zaman mənəvi borc bildiyim məsələ məni təhqir etdiyin andan sənin üzərindəki haqqıma döndü, Fazil Mustafa. Etdiyin təhqir və böhtanlara görə ya üzr istəyib, bunu sosial şəbəkədəki səhifəndə eyni qaydada yazıb, bu məsələni məhkəməyə getmədən həll edəcəksən, ya da Allahın ədalətinə sığınıb, bu haqqı sənə Qiyamət günü belə halal etməyəcəm”. Jurnalist məsələylə bağlı Mətbuat Şurasının sədri Əflatun Amaşova da müraciət edib: Məni tanıyan bilir ki, 25 illik jurnalistlik fəaliyyətimdə kimsənin şəxsiyyətini hədəfə almadım. Bu mənim həyatda və yaradıcılıqda əsas kredomdur, ömrümün sonunadək də dəyişməz olaraq qalacaq. Milli Məclisin deputatı da hər şeydən və hamıdan əvvəl anlamlıdır ki, vətəndaşın şəxsiyyəti təhqir və böhtanlar üçün hədəf ola bilməz. Millət vəkili və bütün insanlar bu ölkədə bütün münasibətlərin hüquq çərçivəsində həll olunduğunu və olunacağını anlamalıdırlar... ...Sonda bir məsələyə də münasibətimi açıqlayım. Məlum statusda məni dünya və Facebook dostluğundan çıxardığını deyən Fazil Mustafaya xatırladım: Mənim ömür boyu Fazil Mustafa ilə dünya dostluğum olmayıb!". Xatırladaq ki, Fazil Mustafa sosial şəbəkədə R.Mirhəşimli haqda bunları yazıb: Geri qayıt |