Əsas Səhifə > Slayd > Putin yenidən
Putin yenidən29-07-2018, 23:48 |
Rusiya Prezidenti Vladimir Putin yenidən “Mercedes” şirkətinin istehsalı olan limuzindən istifadə etməyə başlayıb. AzerTaym.az xəbər verir ki, iyulun 27-28-də Cənubi Afrika Respublikasının İohannesburq şəhərində BRİKS ölkələrinin sammitində olarkən, Rusiya зrezidenti alman markalı avtomobildən istifadə edib. Halbuki, o, sonuncu xarici səfəri zamanı – iyulun 16-da ABŞ Prezidenti Donald Trampla görüşmək üçün Finlandiyanın paytaxtında olarkən Rusiya istehsalı olan “Aurus Senat” limuzinində hərəkət etmişdi. Limuzin Helsinkiyə “İl-76” hərbi-nəqliyyat təyyarəsi ilə aparılmışdı. Bununla belə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “Mercedes”dən istifadənin “Aurus Senat”dan imtina demək olmadığını vurğulayıb. Geri qayıt |