Əsas Səhifə > Slayd > Deputat qızı İngiltərədə
Deputat qızı İngiltərədə5-09-2018, 16:56 |
Rusiya Dövlət Dumasına Tatarıstan Respublikasından deputat seçilmiş Rinat Xayrovun qızı Yelsina Surrey qraflığının cənub hissəsində yerləşən elit malikanə satın alıb. Sfera.az xəbər verir ki, malikanənin qiyməti 22 milyon funtdur. Bu barədə "Daily Mail” qəzeti yazır. Qəzetin yazdığına görə, Tatarıstanın sabiq maliyyə naziri, hazırkı deputat qızının aldığı daşınmaz əmlakın ərazisi 3 hektar təşkil edir. Malikanənin 10 yataq otağı, 15 vanna otağı, böyük hovuzu, spa-salonu, şərab anbarı, kinoteatrı, 6 avtomobil tutan qarajı və 1,2 hektarlıq bağçası var.
Geri qayıt |