Əsas Səhifə > Slayd > Dünyanın gözü İstanbula DİKİLDİ:
Dünyanın gözü İstanbula DİKİLDİ:27-10-2018, 15:05 |
Bu gün İstanbulda Türkiyə, Rusiya, Fransa və Almaniyanın liderlərinin iştirakı ilə Suriya üzrə dördtərəfli görüş keçiriləcək. Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, yerli vaxtla saat 15:00-da Vəhdəddin Köşkündə başlayacaq görüşdə Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan, Rusiya prezidenti Vladimir Putin, Fransa prezidenti Emmanuel Makron və Almaniyanın federal kansleri Angela Merkel iştirak edəcək. Liderlər Suriyadakı vəziyyəti, İdlib üzrə razılaşmaların icrası da daxil olmaqla, münaqişənin siyasi nizama salınması prosesini müzakirə edəcəklər. Geri qayıt |