Əsas Səhifə > Slayd > “BAŞINA DÖNÜM ay Ceyran, tez QAYIT" - Mərhum aparıcının
“BAŞINA DÖNÜM ay Ceyran, tez QAYIT" - Mərhum aparıcının12-02-2019, 09:15 |
ARB TV-nin "Bu qədər" proqramında növbəti buraxılışı xərçəng xəstəliyindən dünyasını dəyişən mərhum teleaparıcı Ceyran Nərimana həsr edilib. "AzerTaym.az" bildirir ki, aparıcının dostları və əzizləri onunla bağlı xatirələrini danışıb: Digər bacısı Sevil Əzimova Ceyran haqqında bunları deyib: "Qeyri-adi qız idi. Saf, pak idi, paxıllığı, kini yox idi. Əməliyya olunmaq istəmirdi, bircə anama görə razılaşdı. Süd vəzisindən əməliyyat olunandan sonra kompleks yaşayırdı. Ondan sonra qəti qərara gəldi ki, heç vaxt evlənməyəcək. Anam onun xəstəyilini bilmədi. Kimyaterapiya müalicəsində saçları töküldü. Anamdan gizlədirdi, onun yanında yaylıq bağlayırdı. Bir dəfə anamın yanında başını açdı, anam onun keçəl olduğunu gördü. Soruşdu ki, Ceyran bu nədir? O da anama dedi ki, tamaşadakı roluma görə saçını qırxmışam. Anam da inandı. Çoxdan idi təntənəli ad günü etmirdi. Mənə dedi ki, istəyirəm ad günü edəm, hiss edirəm ki, sonuncu ad günümdür. Ana mahnısı oxundu. Başını anamın dizlərinə qoydu. Elə bil ki, sağollaşırdı. Yanvarın 4-ü günorta saatları idi. Özü uzandı, bir nöqtəyə baxdı və can verməyə başladı".
Geri qayıt |