Əsas Səhifə > Slayd > Eynulla Fətullayevdən Qoşqar Təhməzliyə ağır ittihamlar:
Eynulla Fətullayevdən Qoşqar Təhməzliyə ağır ittihamlar:11-03-2019, 13:36 |
Haqqın.az və virtualaz.org saytlarının rəhbəri Eynulla Fətullayev ölkə gündəmində hadisə ola biləcək bir iddia ilə çıxış edib. "Məncə, bu gün Azərbaycanda korrupsiyaya ən çox bulaşmış dövlət orqanı - Qida Təhlükəsizliyi Agentliyidir. Şəhərin canına düşüb bütün kafe və restoranlardan rüşvət yığırlar. Halbuki, beynəlxalq təşkilatların rəyinə görə, Azərbaycanda qida təhlükəsizliyi problemi katastrofik durumdadır. Məncə, bu Agentliyinin fəaliyyəti ciddi nəzarətə götürülməlidir" Eynulla Fətullayev agentliyin rəhbəri Qoşqar Təhməzlinin fotosunu Facebookda paylaşaraq, altından aşağıdakı ağır cümləni yazıb: "Tanış olun: Qoşqar Təhməzli, Agentliyin rəhbəri, faktiki olaraq özümüzə və balalarımıza qarşı çirkin əməllərin iştirakçısı!"
Geri qayıt |