Əsas Səhifə > Slayd > Dünən qəzaya düşən dünya çempionumuz vəfat etdi
Dünən qəzaya düşən dünya çempionumuz vəfat etdi30-06-2019, 15:09 |
Ağır vəziyyətdə reanimasiyaya yerləşdirilən Fərhad Poladov dünyasını dəyişib.
"AzerTaym.az" musavat.com-a istinadən xəbər verir ki, 2013-cü ildə MMA üzrə dünya kubokunu, 2014-cü ildə isə dünya çempionluğunu qazanan Fərhad Poladov vəfat edib.
O, əməliyyat olunduğu 3 saylı Şəhər Kliniki Xəstəxanasında dünyasını dəyişib.
Qeyd edək ki, F.Poladov dünən günorta saatlarında "Koroğlu” metrostansiyasının yaxınlığında "Niva” markalı avtomobili ilə qəzaya düşmüşdü.
Ağır xəsarət alan idmançı Sabunçu xəstəxanasına yerləşdirilmişdi.
Geri qayıt |