Əsas Səhifə > Slayd > Eltondan Damla və Üzeyirlə bağlı qalmaqallı

Eltondan Damla və Üzeyirlə bağlı qalmaqallı


30-07-2019, 14:25

Eltondan Damla və Üzeyirlə bağlı qalmaqallı açıqlama

Müğənni Elton Hüseynəliyev "Bir axşam" verilişinin qonağı olub.

Axşam.az xəbər verir ki, sənətçi həmkarlarının ictimai nəqliyyatdan istifadə etməsindən, küçədə insanlarla kobud davranmasından danışıb:

"Xanım sənətçilər üçün çətindir, insanlar arasında makiyajda, saç düzümündə çox ola bilməzlər. Amma kişi sənətçilərə bu fikir aid deyil. Daha rahat ictimai nəqliyatdan istifadə edə bilərik. Mən də çıxıb gəzirəm.

Müğənni sadə, təvazökar olmalıdır. Baxıram, şəkil çəkdirmək istəyən insanların ürəyini qırırlar. Universitetdə oxuyanda, metroya minirdim, çıxıb 20 Yanvar metrostansiyasından da avtobusla Sumqayıta gedirdim. Bizim müəllimlərimiz, atalarımız, analarımız minir ictimai nəqliyyata. Niyə biz onu özümüzə yaraşdırmamalıyıq".

Elton Üzeyir Mehtizadə, Damla və Ədalət Şükürovun sənətini qeyri-ciddi adlandırıb:

"Fonoqram verilişlər üçün nəzərdə tutulub. Orkestr və şərait yoxdur, məcbursan buna. Amma toyda fonoqram oxumaq ayıbdır. Belə müğənnilər qıcıqlandırır məni. Olmaz axı... Toyda bir mahnını fonoqram oxuya bilərsən, başdan-ayağa yox. Canlı oxumaq asan deyil. Müğənni kimi doğulmaq lazımdır. Sonradan öyrənmək olmur.

İndi müğənnilər var ki, özləri üçün stil yaradıblar və tutub: Damla, Üzeyir Mehtizadə. Seviliblər, amma onları ciddi sənətə gətirmək olmaz. Onların ifası ciddi deyil. Ədalət Şükürov özü üçün stil yaradıb, oxuyur. Bizim ifaçılığımızın - muğamın, estrada janrının məktəbi var. Biz səhv edə bilmərik. Onları gətirib ciddi musiqidə müzakirə etmək yanlışdır.

Onları qınayırlar, amma düzgün olmaz. Amma kimsə özünü kimdənsə üstün göstərməyi yaxşı deyil. Bunun qarşısını ala bilmirik. Onlar sosial şəbəkədə var, efirlərə gedirlər".

Qeyd edək ki, Xalq artisti Nazpəri Dostəliyeva "Metro, avtobus sənət adamları üçün deyil" sözlərini demişdi. Onun bu fikirləri tənqid edilib. Dostəliyevaya etirazını bildirənlərdən biri də Elton olmuşdu.


Geri qayıt