Əsas Səhifə > Slayd > NAİLƏ İslamzadə efirə

NAİLƏ İslamzadə efirə


4-09-2019, 16:07

Məşhur “Ailələr, talelər” verilişinin müəllifi, əməkdar artist Nailə İslamzadə yeni mövsümdə İctimai Televiziyada aparıcılıq edəcək.

Bu barədə Oxu.Az-a danışan jurnalist bildirib ki, “Ötən günlər” adlı proqramı aparıcı Saleh Bağırovla birgə aparacaq.

Qeyd edək ki, Nailə İslamzadə AzTV-də 25 illik fəaliyyətindən sonra efirdən uzaqlaşaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Multimedia Mərkəzinin rəisi vəzifəsində çalışıb. O, eyni zamanda, Türkiyənin TRT AVAZ kanalında yayınlanan “İş’te kadın” proqramının aparıcısı olub.

 

 

 


Geri qayıt