Əsas Səhifə > Slayd > Vurğun Əyyub vəfat etdi
Vurğun Əyyub vəfat etdi24-09-2019, 14:04 |
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sabiq rəhbəri Vurğun Əyyub vəfat edib. Musavat.com xəbər verir ki, bu barədə onun dostları məlumat veriblər. V.Əyyub xərçəng xəstəliyindən əziyyət çəkirdi. Mərhumla vida mərasimi bu gün saat 16-da Xətai rayonu İlqar Zülfüqarov küçəsi 29/42-a 2-ci kvadratla üzbə-üz binanın həyətində yaşadığı mənzildə keçiriləcək. V.Əyyubun cənazəsi bu gün Hövsan qəsəbəsindəki "Dədə Qorqud" qəbiristanlığında torpağa tapşırılacaq. Qeyd edək ki, Vurğun Əliş oğlu Əyyub 1957-ci ildə Tovuz rayonunun Aşağı Quşçu kəndində anadan olub. Bir kitabın, 150-dən çox elmi, siyasi-publisistik məqalələrin müəllifidir. 1986-cı ildə Azərbaycanda yaradılmış ilk qeyri-hökumət təşkilatı “Çənlibel” elmi-ədəbi birliyinin yaradıcılarından və sədri olub. Vurğun Əyyubla vida mərasimi bu gün saat 4 Xetai rayonu İlqar Zülfüqarov 29/42 a (Məhəmməd Hadi).2 ci kvadratla üzbə -üz binanın həyərində, yaşadığı mənzildə olacaq. Müsavat.com bildirir ki, dəfn Hövsan qəsəbəsindəki "Dədə Qorqud" qəbiristanlığında olacaq. Allah rəhmət eləsin! Geri qayıt |