Əsas Səhifə > Slayd > Axtar Müsavat başqanlığına namizədlərin
Axtar Müsavat başqanlığına namizədlərin1-10-2019, 12:49 |
Müsavat Partiyasının başqanlığına namizəd olanların debatı keçiriləcək. "AzerTaym.az" bildirir ki, bu barədə partiyanın IX Qurultayına Hazırlıq üzrə Təşkilat Komitəsinin (QHTK) növbəti toplantısında qərar qəbul edilib. Debat oktyabrın 9-da saat 15:00-da partiyanın qərargahında baş tutacaq. Namizədlərin debatı media üçün açıq olacaq. Qeyd edək ki, başqanlığa namizədlər Arif Hacılı, Yadigar Sadıqlı və Tofiq Yaqubdur. Geri qayıt |