Əsas Səhifə > Slayd > Mikayıl Cabbarovun İqtisadiyyat Nazirliyinə gətirilməsi böyük
Mikayıl Cabbarovun İqtisadiyyat Nazirliyinə gətirilməsi böyük24-10-2019, 08:54 |
Prezident İlham Əliyev İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında fərman imzalayıb. Fərmana əsasən, Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi müvafiq dövlət xidmətləri statusunda İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilib. Ölkə başçısının sərəncamı ilə Mikayıl Cabbarov İqtisadiyyat naziri vəzifəsinə təyin olunub. Milli Məclisin İqtisadi siyasət, sənaye və shaibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Modern.az-a açıqlamasında Mikayıl Cabbarovla bağlı təyinatı yüksək qiymətləndirib. V.Əhmədov bildirib ki, bir neçə qurumun vahid nazirlikdə birləşdirilərək, super nazirlik yaradılması və ora Mikayıl Cabbarovun təyin edilməsi ona olan yüksək etimadın göstəricisidir. O, Mikayıl Cabbarovu dövlətə bağlı, idarəetmədə bacarıqlı, nazir vəzifəsinə layiqli kadr kimi xarakterizə edib: “Mikayıl Cabbarov istər Təhsil naziri, istərsə də Vergilər naziri olanda özünü reformator kimi göstərdi. Ciddi islahatlara start verdi. Xüsusilə Vergilər naziri olanda son 2 ildə ciddi islahatlar həyata keçirdi. Hətta bununla bağlı Milli Məclisdə Vergilər Məcəlləsinə dəyişiklik edilməsinə ehtiyac yarandı. Əminəm ki, Mikayıl Cabbarovun bu məsələlərlə bağlı təklifləri olacaq və biz də Milli Məclisdə onları müdafiə edəcəyik. Çünki bu məsələlər uzun müddətdir ki, bizim tərəfimizdən də, mətbuat tərəfindən də qaldırılır, sonuncu olaraq cənab Prezident də buna öz mövqeyini bildirdi”.
Vergilər Nazirliyinin, Əmlak Məsələləri Dövlət Komitəsinin, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin İqtisadiyyat Nazirliyinə birləşdirilməsini doğru addım hesab edirəm. İnanıram ki, bu, Azərbaycan iqtisadiyyatının inkişafında mühüm rol oynayacaq. Yeni Baş Nazir təsdiq olunanda da dedim, əsas arzumuz budur ki, perspektivdə olan məsələlərin - qeyri-neft sektorunun inkişafı, “kölgə iqtisadiyyatı”nın aradan qaldırılması, azad rəqabətin bərqərar olması reallaşdırılasın. Bunlar öz həllini tapmalıdır ki, Azərbaycanda azad bazar mühiti yaradılsın”.
“Ölkədə ciddi kadr islahatları aparılır. Həmçinin, struktur islahatları, təkmilləşmələr həyata keçirilir. Bu, təbii prosesdir. Çünki idarəetmə üsulları modernləşməlidir. Yenilənmə isə bacarıqlı, istedadlı kadrların irəli çəkilməsini tələb edir. Geri qayıt |