Əsas Səhifə > Slayd > Ramiz Mehdiyevin yerinə TƏYİNAT
Ramiz Mehdiyevin yerinə TƏYİNAT1-11-2019, 14:49 |
Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri vəzifəsinə yeni təyinat olub. “AzerTaym.az" qafqazinfo-ya istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyevin verdiyi sərəncama əsasən, Samir Rafiq oğlu Nuriyev Administrasiyanın rəhbəri təyin edilib. Qeyd edək ki, S. Nuriyev bu təyinata qədər Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri olub. Dövlət başçısının bundan əvvəl verdiyi sərəncamla Samir Nuriyev Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsindən azad edilib.
Geri qayıt |