Əsas Səhifə > Slayd > Tanınmış biznes-ledidən Hicran Hüseynovanın ünvanına
Tanınmış biznes-ledidən Hicran Hüseynovanın ünvanına18-12-2019, 14:05 |
Tanınmış biznes-ledi, “Liatris Holding”in rəhbəri Ruhi Əliyeva Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin fəaliyyətini sərt tənqid edib. Axşam.az-ın məlumatına görə, Ruhi Əliyeva “news24.az”a müsahibəsində bildirib ki, adıçəkilən qurum tərəfindən onun gördüyü işlərə heç bir dəstək göstərilmir: Ruhi Əliyeva əlavə edib ki, onun təqdim etdiyi sosial layihələri əslində Komitənin özü etməlidir: “Bu, bilavasitə onların işidir, bizim işimiz deyil. Bizi dəstəkləmək və alqışlamaq lazım idi, nəinki kənarda dayanmaq. Və təbii ki, mənim incikliklərim də var”. Qeyd edək ki, Ruhi Əliyeva tez-tez qadına qarşı şiddətə son, qadın zorakılığı və qadınlarla bağlı digər məsələlərə aid sosial layihələr həyata keçirir. Geri qayıt |