Əsas Səhifə > Slayd > Cangüdənlə gəzən, evləri mühafizə olunan İCRA BAŞÇILARI
Cangüdənlə gəzən, evləri mühafizə olunan İCRA BAŞÇILARI20-12-2019, 15:50 |
Nizaməddin Quliyev, Qoca Səmədov kimi sabiq icra başçılarının həbs edilməsi yerli İcra hakimiyyətlərinin işini gündəmə gətirib. “Bunu icra başçılarının hamısına şamil etmək olmaz. Belə bir hala vaxtilə Salyanın icra başçısının timsalında rast gəlmişdik və onu tez bir zamanda vəzifədən azad etdilər. Onların belə addımı düzgün deyil. Hazırda ölkəboyu kadr islahatları aparılır, icra başçıları da özlərini ylğışdırmağa çalışırlar. Vaxtilə yanında cangüdən və polis gəzdirən icra başçılarının çoxu cəzalandırılsa da, indi də elələrinə rast gəlmək olur”. “Sadəcə, bəzi icra başçıları şan-şöhrət naminə belə edir. Rayonlarda təhlükəli atmosfer də yoxdur, deyəsən ki, ona görə belə edirlər. Bəziləri şan-şöhrət, bəziləri də özünü sığortalayır ki, birdən nəsə olar. Amma yenə də nəsə olsa belə, icra başçısı yerlərdə xalqın qayğısını çəkən şəxslərdi, belə etməməlidirlər. Onların bu cür xoşagəlməz addımının sadə camaatda narazılıq doğurmağı başadüşüləndi”. Geri qayıt |