Əsas Səhifə > Slayd > Onlar yenidən deputat oldu: son 30 il...
Onlar yenidən deputat oldu: son 30 il...10-02-2020, 08:39 |
Uzun illərdir ki, Azərbaycan Milli Məclisinin üzvü olan deputatların bəziləri dünən keçirilən seçkilərdə yenidən mandat qazana biliblər. “Yeni Sabah” bildirir ki, seçki prosesi başlayanda gözləntilərdən biri də həmin şəxslərin yenidən namizəd olmayacaqları, yerlərini gənc namizədlərə verəcəyi idi. Amma onların bir hissəsi yenidən namizəd oldu və MSK-nın açıqladığı qaliblər siyahısında adları var. 1995-ci ildən bəri millət vəkili olan şəxslərdən Eldar İbrahimov, Hadi Rəcəbli, Mixail Zabelin və Hacı Madər Musayev 9 fevral seçkilərində yenidən deputatlar seçilibər. E. İbrahimov, M. Zabelin və M. Musayev ardıcıl olaraq parlamentə altı dəfə üzv seçiliblər. Onların hər üçü sonuncu çağırış Azərbaycan SSR Ali Sovetinin (1990-cı il) deputatı da olunlar. Yəni ümumilikdə 30 il deputat stajları var. Beş dəfə millət vəkili seçilən deputatların sırasına isə Fəttah Heydərov, Ziyafət Əsgərov, Vasif Talıbov, Fəzail Ağamalı daxildir. F. Heydərov, F. Ağamalı, V. Talıbov 1995-ci ildən, Z. Əsgərov 1996-cı ildən parlament üzvüdür. Sonuncu olaraq adları qaliblər siyahısında olan və artıq dördüncü dəfə deputat seçilənlər: Vahid Əhmədov, Ziyad Səmədzadə, Aydın Mirzəzadə, Musa Quliyev, Rafael Hüseynov, Səməd Seyidov, Siyavuş Novruzov, Elman Məmmədov, Əli Hüseynli, Zahid Oruc, Asim Mollazadə, Məlahət İbrahimqızı, Səttar Möhbalıyev, Fəzail İbrahimli, Oqtay Əsədov, Nizami Cəfərov, Eldar Quliyev, Tahir Rzayev, Bəxtiyar Əliyev, Bəxtiyar Sadıqov, Qüdrət Həsənquliyev, və Azər Kərimli. Geri qayıt |