Əsas Səhifə > Slayd > Talıbovun oğlunun Dubaydakı "Al Rza Tower"i üzə çıxdı
Talıbovun oğlunun Dubaydakı "Al Rza Tower"i üzə çıxdı17-02-2020, 23:09 |
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun oğlu Rza Talıbov Birləşmiş Ərəb Əmirliklərində qülləyə öz adını verib. Ünvanı belədir: 60, 1 Street, Ajman Industrial 2, Ajman Office 1201. Bina yaşayış təyinatlıdır, 12-ci mərtəbəsində holdinqə daxil olan GƏMİQAYA REAL ESTATE daşınmaz əmlak şirkəti yerləşir. Talıbovların körfəz ölkələrindəki əmlakı bu şirkət vasitəsilə idarə olunur. Yeri gəlmişkən, Talıbovların BƏƏ-dəki daha bir şirkəti GEMIKAYA GENERAL TRADING LLC-dir. Şirkətin ofisi Dubai Investment Parkda yerləşir. Şirkət ərəb ölkələrinə "Badamlı" sularının satışını, eyni zamanda Azərbaycanla Körfəz ölkələri arasında digər ticari əməliyyatları reallaşdırır. Ticarət şirkətinin gəliri 1 milyon dollar göstərilir. Xatırladaq ki, Rza Talıbov Dövlət Miqrasiya Xidmətində idarə rəisidir.
Geri qayıt |