Əsas Səhifə > Slayd > Parlament partiyaları: “Siyasi fəaliyyətdən imtina edib Qarabağ probleminə
Parlament partiyaları: “Siyasi fəaliyyətdən imtina edib Qarabağ probleminə4-06-2020, 13:49 |
Azərbaycandakı bəzi müxalif partiyalar Qarabağ məsələsi naminə siyasi fəaliyyətdən imtina etməyi məqbul saymırlar. Hətta Modern.az-a bu problemin siyasi partiyalara aid olmadığını deyən funksionerlər də oldu. Bəs parlamentdə təmsil olunan partiyalar hansı fikirdədir? Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa Modern.az-a deyib ki, siyasi partiyaları Qarabağ məsələsinin həllində dövlətə dəstək verməlidir: “Partiyaların cəmiyyətdə parlamentdaxili və parlamentdənkənar funksional fəaliyyəti var. Qarabağ məsələsi də çoxsaylı problemlərin içərisindədir. Sadəcə, Qarabağ məsələsində partiyalar dövlətə dəstək verməli, müəyyən dərəcədə ordunun güclənməsinə çalışan bir siyasət həyata keçirməlidir. Amma bütün məsələləri kənara qoyub sırf Qarabağ probleminə köklənmək olmaz. Çünki biz bilmirik axı bu məsələ nə zaman həllini tapacaq. Koronavriusu anlayırıq ki, 3-5 ay davam edib bitəcək, amma Qarabağ probleminin həlli məsələsi hələ qarşıdakı bir neçə ildə də aktual olaraq qalacaq. Partiyalar vicdanlı mövqe tutub prezidentin atdığı addımlara öz təklif və tövsiyələrini verib, kömək etməlidirlər”. Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı siyasi partiyaların Qarabağ problemi ilə bağlı iqtidardan fərqli hər hansı mövqe ortaya qoymasını lüzumsuz hesab edir: Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə əsas istiqamətlənməli olunacaq məsələnin Qarabağ problemi olmadığını deyir: “Siyasi partiyalar insanları maraqlandıran bütün məsələlərlə məşğul olmalı, öz təkliflərini ictimai müzakirələr təşkil edərək irəli sürməlidirlər. Təbii ki, Qarabağ problemi xalqı narahat edən problemlər içərisində əsas müzakirə mövzusudur. Amma digər problemlərin həllindən də yan keçmək olmaz. Yəni əsas istiqamətlənməli olacağımız məsələ Qarabağ problemi yox, xalqı narahat edən bütün problemlər olmalıdır”. Geri qayıt |