Əsas Səhifə > Slayd > "19 gündür ayağa qalxa bilmirəm"
"19 gündür ayağa qalxa bilmirəm"18-06-2020, 23:48 |
Əməkdar artist Aybəniz Haşımova ayağındakı problemin hələ də sağalmadığını bildirib. "AzerTaym.az" axşam.az-a istinadən xəbər verir ki, müğənni 19 gündür ayağa qalxa bilmədiyini söyləyib: "Həkimim ilk gündən ayağımın sağlam, yeriyə biləcəyimə ümid verdi. 19 gündür ki, yatılı vəziyyətdəyəm, sol ayağımı yerə basa bilmirəm. Dünyada qızıl yel qədər mədəniyyətsiz xəstəlik yoxdur. Bunun 19 gündür mənə yaşatdığını bir mən, göydəki Allah, bir də yanımda qayğımı çəkənlər bilir. Allah hamımızdan razı olsun. Həkimim sayəsində inşallah ayağa qalxacam". Geri qayıt |