Əsas Səhifə > Slayd > Jurnalist Əmrah Fəqanoğlu koronavirusdan
Jurnalist Əmrah Fəqanoğlu koronavirusdan28-07-2020, 22:33 |
İctimai Televiziyanın İnformasiya Departamentinin koronavirusa yoluxan böyük redaktoru, tanınmış jurnalist Əmrah Fəqanoğlu bu gün səhər saatlarında vəfat edib. Qeyd edək ki, Ə.Fəqanoğlu Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib, tələbəlik illərində televiziya və radioda bır sıra verilişlərin ssenari müəllifi, aparıcısı olub. “Avrasiya” və “İki sahil” qəzetlərində müxbir, şöbə müdiri, uzun müddət SOCAR-ın Sosial İnkişaf İdarəsində mətbuat xidmətinin rəisi kimi çalışıb. İki il Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətinin rəhbəri olub. Fond Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) birləşdiriləndən sonra nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini təyin edilib.ƏƏSMN-nin rəsmi orqanı olan “Sosial həyat” jurnalının baş redaktor müavini kimi də fəaliyyət göstərib. Allah rəhmət eləsin... Geri qayıt |