Əsas Səhifə > Slayd, Müsahibə > ELTON MƏMMƏDOV ÖZÜNÜ ELMƏ HƏSR EDƏCƏK
ELTON MƏMMƏDOV ÖZÜNÜ ELMƏ HƏSR EDƏCƏK6-10-2015, 19:56 |
“Bütün mətbuat ictimaiyyəti bilsin ki, biz Məmmədovlara qarşı heç bir qərəzli mövqe yoxdur”. Bu sözləri Modern.az saytına açıqlamasında deputat Elton Məmmədov son vaaxtlar nəqliyyat naziri olan qardaşı Ziya Məmmədov, qardaşı oğlu Anar Məmmədov və digər bacı və qardaşları haqqında mətbuatda gedən informasiyalara münasibət bildirərkən deyib. O qeyd edib ki, onlar ölkə rəhbərliyinin ətrafında sıx birləşən bir ailədir, nəsildi::“Bizə həvalə edilən bütün səlahiyyətlərimiz çərçivəsində ölkəmizə, dövlətimizə, xalqımıza xidmət edirik. Qalan şayiələr yanlışdır, şantaj xarakterlidir, sadəcə ictimaiyyəti çaş-baş salmaq üçündür”. Elton Məmmədov özünün yenidən namizədliyini verməmisini elmi fəaliyyətlə məşğul olması ilə əlaqələndirib. “Kifayət qədər böyük həcmli, tutumlu elmi layihələrim var, elmi tədqiqatlarımla məşğul olacam. 5 il deputatlıq səlahiyyətinin icrası ilə məşğul oldum. Seçicilərimə təşəkkür edirəm ki, məni 15 il dəstəkləyiblər, prezidetə təşəkkür etdim. Alim, professor kimi fəaliyyətimi davam etdirmək istəyirəm”. Geri qayıt |