Əsas Səhifə > Slayd > Türkiyədə koronavirusdan son sutkada 253 nəfər ÖLDÜ
Türkiyədə koronavirusdan son sutkada 253 nəfər ÖLDÜ26-12-2020, 21:09 |
Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 253 nəfər ölüb. "AzerTaym.az" yenisabah.az-a istinadən xəbər verir ki, Türkiyənin səhiyyə naziri Fahrettin Koca öz açıqlamasında bildirib ki, son 24 saatda simptomları müəyyən edilməyənlərlə birlikdə 15 118 nəfər COVID-19 xəstəsi olaraq qeydiyyata alınıb. Bu gün sağalan xəstə sayı 23 231, ağır xəstə sayı isə 4501 nəfər olub. Nazir infeksıyaya yoluxma və ağır xəstə sayının azalmasını müsbət hal olaraq dəyərləndirib. ![]() Geri qayıt |