Əsas Səhifə > Slayd > "Jirinovski türklərə zorlandığına görə nifrət edir, onu həbs edən zabit..."
"Jirinovski türklərə zorlandığına görə nifrət edir, onu həbs edən zabit..."13-08-2021, 21:53 |
“Düşünmürəm ki, Jirinovskiyə Rusiya Federasiyasının mövqeyini bildirmək səlahiyyəti verilsin. Lakin ona bu cür açıqlamalar vermək imkanı verilirsə, demək hakimiyyətdə olan müəyyən qüvvələr də onun bu çıxışlarında maraqlıdırlar. Bütövlükdə Jirinovskinin mövqeyi Rusiyanın fikirləri olmasa da, onun bu mövqeyini müdafiə edən və qızışdıran qüvvələrin mövcudluğu dəqiqdir”. O, Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin Azərbaycanla bağlı səsləndirdiyi ifadələr və İsfəndiyar Vahabzadənin ona cavab verməsi barədə danışıb: “Mən Jirinovskinin həyatını bilirəm, Türkiyədə hansı vəziyyətdə həbs olunub, onu da bilirəm. Jirinovski zorlanmış adamdır, gərək LGBT-nin üzvü olmalı idi. Onu həbs edən zabitlə də söhbət etmişəm, necə ittiham olunduğunu eşitmişəm. Onun türklərə qarşı nifrəti də zorlanmasından qaynaqlanır, amma yaxşılığı da unutmamalıdır. Onu həbsdən Arif Heydərov azad elətdirdi. Ən azından bunu unutmamalı idi. Mən də vaxtilə Jirinovskiyə, onun təhqirlərinə cavab vermişəm. Amma o, elə bir insandır ki, sonradan məktub yazıb məni qurultaya dəvət etdi. Mən də cavab məktubundan bildirdim ki, nə qədər ki o ordadır, öz mövqeyini dəyişməyib, üzr istəməyib, heç bir dialoqa girmərəm”. Geri qayıt |