Əsas Səhifə > Slayd > RAMİN BAYRAMLI VƏZİFƏSİNDƏN AZAD OLUNUB? - Özü istefa ərizəsi
RAMİN BAYRAMLI VƏZİFƏSİNDƏN AZAD OLUNUB? - Özü istefa ərizəsi12-09-2021, 10:23 |
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlının tutduğu vəzifədən azad edilməsi üçün ərizə yazıb. TƏBİB-in sədri bu barədə Tviter səhifəsində paylaşım edib. “Hörmətli dostlar! Artıq TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsindən ayrılmağım üçün ərizə ilə müraciət etmişəm. İstər 44 günlük haqq savaşımızda, istərsə də ümumbəşəri bəla sayılan COVID-19 virusu ilə mübarizədə çiyin-çiyinə çalışdığımız dəyərli məsləkdaşlarıma öz təşəkkürümü bildirir, bu yolda canlarını qurban vermiş həkimlərimizin ruhu qarşısında baş əyirəm. Bundan sonra da Vətənimə və xalqıma xidmətimi davam etdirəcəyəm”, - deyə TƏBİB sədri sosial şəbəkədəki hesabında yazıb.
![]()
*** Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlının tutduğu vəzifədən azad edildiyi bildirilir. Bakupost.az-a bu barədə məlumatlı mənbədən məlumat verilib. Hələlik rəsmi açıqlama və səbəbləri barədə informasiya verilməyib, yaxın saatlarda olacağı gözlənilir. TƏBİB-in mətbuat xidmətinin rəhbəri Elnarə Baxış xəbəri nə təkzib, nə də ki, təsdiq edib. “Dəqiqləşdirib deyərəm” kəlməsi ilə kifayətlənib. Qeyd edək ki, son zamanlar TƏBİB-lə bağlı ciddi iradlar səsləndirilir. Geri qayıt |