Əsas Səhifə > Slayd > Səyyad Əlizadənin bacısı prezidentə və birinci xanıma
Səyyad Əlizadənin bacısı prezidentə və birinci xanıma16-09-2021, 15:33 |
Tanınmış müğənni Səyyad Əlizadənin bacısı Səidə Əliyeva Prezident İlham Əliyev və Birinci Vitse-prezident Mehriban Əliyevaya müraciət edib. “AzerTaym.az" yeni Sabah-a istinadən bildirir ki, o öz müraciətində qardaşının ağır durumda olduğunu qeyd edib: “Səyyad indi zülmətdədir. Sizdən kömək istəyirəm. Bəhram Bağırzadəni xalqa qaytaran həkimlər onu da qaytarsınlar. Mehriban xanım ümid yerim Sizsiniz”. Bildirək ki, koronavirusa yoluxan S. Əlizadənin durumu ağır vəziyyətdədir. O, müalicə olunduğu Zığ qəsəbəsindəki modul tipli xəstəxanada bu gün komaya düşüb. Geri qayıt |