Əsas Səhifə > Slayd > İqbal Ağazadədən Güney Azərbaycana ÇAĞIRIŞ:

İqbal Ağazadədən Güney Azərbaycana ÇAĞIRIŞ:


18-09-2021, 11:02

İqbal Ağazadədən Güney Azərbaycana çağırış: “Beş manat pula görə...” - Video

İran yük maşınlarının Xankəndiyə qanunsuz şəkildə yüklər daşıması son günlər geniş müzakirə obyektinə çevirilib. Azərbaycanın Gorus-Qafan yolunda polis postu qurub ordan keçən maşınları yoxlaması və rüsum alması haqlı mübarizəmizdə növbəti qələbəmiz oldu. Lakin burda daha bir təəssüfedici məqam var. Dünən erməni televiziyasının Xankəndiyə yük aparan tır sürücüləri ilə hazırladığı reportajda onların Cənubi Azərbaycandan olması cəmiyyətimizdə etiraza səbəb olub. Azərbaycan dilində danışan sürücülərin Xankəndiyə yük daşımaları və gömrük yoxlanışına etiraz etmələri birmənalı qarşılanmayıb.

   “Reaksiya Tv”də çıxışı zamanı Ümid partiyasının sədri İqbal Ağazadə də bu mövzuya toxunub. Partiya sədri Cənubi Azərbaycandan olan soydaşlarımıza çağırış edib:

“Əziz güneylilər, bəlkə oradan beş manat pul qazanırsınız. Amma bu Vətən məsələsidir, bu Azərbaycan məsələsidir, bu danışdığınız dilin məsələsidir, türkün məsələsidir. Beş manat pula görə Ermənistana, Ermənistan adı ilə Azərbaycanın ərazisinə girib separatçıya dəstək verməyin. Sizə nə qədər pul versələr də bunu etməyin. Əslində biz sizdən gözləyirik ki, onu göndərmək istəyənlərə qarşı çıxasınız. Necə ki 44 günlük Vətən müharibəsində bunu etdiniz. Soydaşlarımıza müraciət edirəm, ora getməkdən imtina edin, həmçinin, işlədiyiniz yerlərdə Dağlıq Qarabağa yük aparan hər hansı bir sürücü varsa, qarşısını alın, baykot edin. Bu Vətən təkcə şimalda yaşayan azərbaycanlıların deyil, hamımızındır. Bir gün gələcək, cənubla şimal birləşəcək. Onda "Azərbaycanda savaş olanda mən erməniyə yardım edib, güneydən erməninin tankının, topunun işləməsi üçün yanacaq daşımışam" deyib övladlarınız, nəsliniz üçün xəcalət yeri qoymayın. Belə olmaz. Siz onu dayandırmalısınız”.

Çıxışı daha ətraflı videodan izləyə bilərsiniz:


Geri qayıt