Əsas Səhifə > Slayd > Bakıda müəmmalı intihar
Bakıda müəmmalı intihar21-11-2012, 10:55 |
Biznesmen özünü asdı![]() Bakıda daha bir intihar hadisəsi baş verib. Bu barədə Nizami Rayon Polis İdarəsindən bildirilib. Hadisə ötən gecə rayonun Bəhruz Nuriyev küçəsi ev 10, mənzil 40 ünvanında qeydə alınıb. Orada yaşayan, Ucar rayon sakini, 1956-cı il təvəllüdlü Ehsan Aydın oğlu Məmmədov özünü asıb. Polisdən həmçinin bildirilib ki, mərhum bizneslə məşğul olub. Son vaxtlar külli miqdarda borcu olan E. Məmmədovun çıxılmaz vəziyyətdə qalaraq özünü öldürdüyü ehtimal edilir. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. Geri qayıt |