Əsas Səhifə > Slayd > Müdafiə naziri: “Zəngəzur və Laçın dəhlizinə dair müşkülün
Müdafiə naziri: “Zəngəzur və Laçın dəhlizinə dair müşkülün3-01-2022, 21:23 |
“Zəngəzur və Laçın dəhlizi ilə bağlı müzakirələrin həll olunacağına inanırıq".
Yenisabah.az “Hürriyet”ə istinadən xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Hulusi Akar bildirib. Nazir qeyd edib: "Önəmli olan Azərbaycan Prezidenti cənab İlham Əliyevin möhtərəm Prezidentimizin çağırışı ilə uzatdığı sülh əlini tutmaqdır. Bunun ən böyük faydası Ermənistana olacaq. Azərbaycan-Ermənistan, Azərbaycan-Türkiyə və daha sonra altıtərəfli münasibətlər, Qafqazda sabitliyin təmin edilməsi - indiki hədəf budur”. Nazirin sözlərinə görə, Ermənistan sülh və sabitliyə qayıtmağın zəruriliyini qəbul edərək bu yola daxil olub. Hulusi Akar deyib: “Arzumuz budur ki, Qafqazda sülhün əlindən tutub sabitlik, əmin-amanlıq mühiti yaransın”. Geri qayıt |