Əsas Səhifə > Slayd > Ramiz Mehdiyev İSTEFA verdi

Ramiz Mehdiyev İSTEFA verdi


14-02-2022, 19:48

Mehdiyevin istefasından sonra AMEA-da nə baş verəcək? - HÜQUQİ İZAH

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyev istefa verib.

 Bu barədə qərar AMEA Rəyasət Heyətinin bu gün keçirilən iclasında qəbul edilib.
Sabiq deputat Elton Məmmədov Lent.az-a R.Mehdiyevin istefa verməsini təsdiqləyib.
***
AMEA-nın vitse-prezidenti, Rəyasət Heyətinin üzvü Rasim Əliquliyev bildirib ki, bu gün Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclasında Ramiz Mehdiyev istefa ərizəsini təqdim edib.
O qeyd edib ki, ərizə Rəyasət Heyəti tərəfindən qəbul olunub:
“Ramiz Mehdiyev bildirib ki, sabah cənab Prezidentə ərizəsini göndərəcək. O, Akademiyanın daxilində və ətrafında yaranmış vəziyyəti nəzərə alaraq istefa verdiyini bildirib”.

Geri qayıt