Əsas Səhifə > Slayd > Seçkiqabağı təşviqat

Seçkiqabağı təşviqat


30-10-2015, 10:07

 

parlament-seckileri-5.jpg

Milli Məclisə noyabrın 1-ə təyin edilmiş seçkilərlə əlaqədar qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış  siyasi partiyalar, siyasi partiyaların blokları, onların  səlahiyyətli nümayəndələri  və vəkil edilmiş şəxsləri tərəfindən seçkiqabağı təşviqatın aparılması üçün ayrılan müddət sabah başa çatır.

APA-nın məlumatına görə, Seçki Məcəlləsinə əsasən seçkiqabağı təşviqatın aparılması səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır.

Milli Məclisə seçkilərlə əlaqədar seçkiqabağı təşviqatın aparılmasına oktyabrın 9-da başlanılıb, təşviqat 31 oktyabr saat 8.00-da dayandırılmalıdır. 


Geri qayıt