Əsas Səhifə > Slayd > nazir təyin olunacaq?

nazir təyin olunacaq?


4-11-2015, 10:07

“Vaqif Axundov nazir təyin olunacaq?

 

Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi general Vaqif Axundovun Milli təhlükəsizlik naziri təyin olunacağı gözlənilir.

 Məlumatı azadliq.info yayıb. Xəbərdə bildirilir ki, son vaxtlar XDMX-dən MTN-ə olan bir sıra transferlər də səbəbsiz deyil, bu, general Vaqif Axundovun MTN rəhbərliyinə gətirilməsi ilə bağlıdır.

Saytın yazdığı digər xəbərə görə, “Sədərək” Ticarət Mərkəzində çalışan 50-dən çox sahibkar “MTN işi” ilə bağlı istintaqa çağırılıb. Buna səbəb MTN-dəki şəbəkənin vaxtaşırı “Sədərək” Ticarət Mərkəzindəki sahibkarları şantaj edərək onlardan xərac alması ilə bağlıdır. İstintaq bu məsələnin bütün detallarını üzə çıxarmaq üçün sahibkarların dindirilməsi zəruri sayıb.

(Azərtaym.az) 


Geri qayıt