Əsas Səhifə > Slayd > Tarazılığı dəyişəcək gəlişmə - Bir neçə gün sonra Ərdoğanın

Tarazılığı dəyişəcək gəlişmə - Bir neçə gün sonra Ərdoğanın


4-08-2022, 14:38

Türkiyənin karbohidrogen araşdırmalarında iştirak edəcək dördüncü qazma gəmisi “Əbdülhamid Xan”ın Aralıq, Egey və Qara dənizlərdəki (“Mavi Vətən”) missiyası üçün hazırlıqlar tamamlanıb.

  Teleqraf.com xəbər verir ki, Cənubi Koreyanın Okpo limanından ayrıldıqdan sonra mayın 19-da Mərsinin Taşucu limanına çatan və karbohidrogen kəşfiyyat işlərinə qatılmaq üçün Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən adı “Əbdülhəmid Xan” olaraq açıqlanan qazma gəmisində müxtəlif işlər aparılıb.

Təxminən 2 ay yarımdır Taşucu limanında qalan qazma gəmisində yeniləmə işləri görülüb. Avadanlıqların quraşdırılması, texniki prosedurlar və sertifikatlaşdırma başa çatdıqdan sonra qazma gəmisi növbəyə hazır vəziyyətə gətirilib və qırmızı-ağ rənglərə boyanıb.

Həm texniki təchizat, həm də fiziki xüsusiyyətləri ilə “Mavi Vətən”də donanmanın ən güclüsü olaraq xidmət edəcək “Əbdülhəmid Xan” karbohidrogen axtarışında olan gəmilər qrupunun “Fateh”, “Qanuni” və “Yavuz”dan sonra 4-cü üzvü olacaq.

238 metr uzunluğu, 42 metr eni və ikiqat təhlükəsizlik sistemi ilə seçilən gəmi yeddinci nəsil olmaqla yanaşı, karbohidrogen kəşfiyyat işlərini gücləndirəcək. Qoşa qülləli və 200 nəfərlik ekipaj tutumu ilə yanaşı, müasir sistemlə təchiz edilmiş gəmi 12 200 metrə qədər qazma qabiliyyəti ilə mavi sularda effektiv araşdırmaların aparılmasında mühüm rol oynayacaq.

Möhtəşəmliyi ilə diqqət çəkən “Əbdülhəmid Xan” Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə avqustun 9-da keçirilməsi planlaşdırılan mərasimlə missiyasına başlayacaq.

Türkiyədəki bu gəlişmə Yunanıstan və Cənubi Kiprdə narahatlıqla izlənilir.


Geri qayıt