Əsas Səhifə > Slayd > Quql ukraynalıları Müstəqillik Günü münasibətilə təbrik etdi
Quql ukraynalıları Müstəqillik Günü münasibətilə təbrik etdi24-08-2022, 14:44 |
Quql ukraynalıları Müstəqillik Günü münasibətilə təbrik edib. “Qafqazinfo” xəbər verir ki, bu barədə “UNİAN” məlumat yayıb. Bildirilib ki, axtarış sisteminin əsas səhifəsində yeni dudl yerləşdirilib. Şəkil sarı və mavi – Ukraynanın dövlət bayrağı rəngində hazırlanıb. Əl-ələ tutan insanlar dimdiyində mavi-sarı lent daşıyan quşa baxırlar. Qeyd edək ki, bu gün Ukraynanın müstəqilliyinin 31-ci ildönümüdür. Fevralın 24-də Rusiya Ukraynada genişmiqyaslı hərbi əməliyyatlara başlayıb. Geri qayıt |