Əsas Səhifə > Slayd > DTX Qarabağda hansı əməliyyatları keçirib

DTX Qarabağda hansı əməliyyatları keçirib


5-11-2022, 13:51

DTX Qarabağda hansı əməliyyatları keçirib?

"Müharibədən sonrakı dövrlərdə ağır məğlubiyyətdən dərs çıxarmayan erməni silahlı birləşmələri təxribatlar törətməyə cəhd edib".

Bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Əli Nağıyev deyib.

O bildirib ki, bunların qarşısının alınması məqsədilə 2020-ci ilin dekabr ayında Xocavənd rayonunun Hadrut qəsəbəsində və 2022-ci ilin mart ayında Xocalı rayonunun Fərrux yüksəkliyində Dövlət Təhlükəsizliyi Xidmətinin xüsusi təyinatlı qüvvələrinin uğurlu antiterror əməliyyatlar keçirib:

 

“Həmçinin, 2021-ci ilin may ayında Kəlbəcər rayonunun Dəmirdağ yüksəkliyində Azərbaycan Ordusunun təminat yollarını minalayan Ermənistanın kəşfiyyat-diversiya qrupunun terrorçuluq fəaliyyətinin qarşısının alınması əməliyyatı da xüsusilə qeyd edilməlidir”.


Geri qayıt